Filippində edam cəzası bərpa edilir

Filippin parlamentinin nümayəndələr palatası ölkədə narkotiklərin satışı və ya dövriyyəsi ilə bağlı cinayətə görə ən yüksək cəza qismində edam cəzasının bərpa edilməsi haqqında qanun layihəsini qəbul edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumaat görə, sənəd layihəsini 216 deputat dəstəkləyib, 54-ü əleyhinə olub, biri isə bitərəf qalıb. Qanun layihəsi yaxın vaxtlarda baxılması üçün Filippinin yuxarı palatasına daxil olacaq. Qanun layihəsi Senatda da qəbul edilərsə, onu ölkə prezidenti imzalamalıdır və yalnız bundan sonra sənəd qanun statusunu alacaq.

Qeyd edək ki, Filippində edam cəzası 1987-ci ildə konstitusiyaya müvafiq olaraq ləğv edilib. O zaman Filippin ağır cinayətlərə görə edam cəzasını ləğv etmiş ilk Asiya dövləti oldu. Bütün çıxarılmış qərarla ömürlük həbslə əvəz edildi.

DİGƏR XƏBƏRLƏR

Top