Putin dövlətə xəyanətə görə həbs edilmiş qadını əfv etdi

Rusiya prezidenti Vladimir Putin gürcüstanlı tanışına hərbi texnika barədə SMS-məlumat göndərdiyinə görə dövlətə xəyanət ittihamı üzrə həbs edilmiş Oksana Sevastidini əfv edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V. Putin bununla bağlı fərman imzalayıb. Fərmanda deyilir: “Humanizm prinsiplərini rəhbər tutaraq Krasnodar diyar məhkəməsi tərəfindən 3 mart 2016-cı il tarixində həbs edilmiş 1970-ci il təvəllüdlü Sevastidi Oksana Valeryevnanı cəzasının qalan müddətindən azad edərək əfv edirəm”. Fərman beş gündən sonra qüvvəyə minir.

Xatırladaq ki, O. Sevastidi gürcüstanlı tanışına Rusiyanın hərbi texnikası barədə SMS-i 2008-ci ildə, Cənubi Osetiyada münaqişənin başlamasına yaxın göndərmişdi. Maraqlıdır ki, onu dövlətə xəyanət haqqında iş üzrə 7 ildən sonra, 2015-ci ildə saxlayıblar, martda isə 7 il azadıqdan məhrum ediblər.

DİGƏR XƏBƏRLƏR

Top