"Azərbaycan Rusiyadan aldığı silahla həm də Ermənistanı silahlandırır"

"Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyov sensasiya doğura biləcək açıqlama verib. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Kiselyov Rusiyanın Azərbaycana satdığı silahdan əldə etdiyi gəlirlə Ermənstanı da silahlandırdığını iddia edib: "Azərbaycan bazardan pulla silah alır. O bu silahı ABŞ-dan, İsraildən və ya Rusiyadan ala bilər. Rusiya dünyada ikinci ən böyük silah satıcısıdır. Rusiyanın bazara çıxardığı silahı digər ölkələr kimi Azərbaycan da alır. Rusiyanın Azərbaycana silah satması Ermənistan üçün də sərfəlidir. Rusiya Azərbaycana satdığı silahdan əldə etdiyi gəlirlə həm öz hərbi sənayesini inkişaf etdirir, həm də Ermənistanı silahlandırmaq üçün imkan əldə edir. Bir sözlə Rusiya Azərbaycana satdığı silahdan əldə etdiyi gəlirlə Ermənistanı silahlandırır. Daha dəqiq desək Azərbaycan Rusiydan aldığı silahla həm də Ermənistanı silahlandırır".

Kiselyov Rusiyanın Azərbaycanla əlaqələri inkişaf etdirməklə onu idarə etdiyini söyləyib: "Rusiya Azərbaycanla əlaqələri davam etdirməklə bir çox baxımdan onu idarə edir. Siz bu sözü düzgün başa başa düşün: idarə edir. İnsanlar qarşılıqlı əlaqədə olan zaman bir-birlərini idarə edirlər. Əgər biz Azərbaycanla əlaqələri saxlayırıqsa, onda ona təsir etmək imkanına malik oluruq".

DİGƏR XƏBƏRLƏR

Top