"Əmək pensiyaları haqqında qanuna dəyişikliklərin mətni açıqlanıb. İctimai müzakirəsiz qanun qəbulu təcrübəsi cəmiyyətin sullarına cavab tapmasına imkan vermir". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. İqtisadçı-ekspert bildirir ki, layihədən məlum olur ki, Azərbaycanda artıq pensiyanın yığım sistemi əsasında təşkili planı təxirə salınır: " Niyə yığım sistemini tətbiq etmək mümkün olmadı, mümkün deyidisə bunu 11 il qanunda niyə saxlamışdılar?
İkinici sual - işləyənlərin ödədiyi sığorta haqlarının 2.5%-i pensiya orqanının saxlanmasına gedəcək. Niyə hökumət orqanının saxlanması üçün vətəndaşlara əlavə vergi tətbiq edilməlidir?
Üçüncü sual- vətəndaşların ödədiyi sosial sığorta haqlarının 85%-i (hazırda bu 50%-di) fərdi sığorta hesabında qeydə alınacaq, bəs qalan 15% niyə havada qalmalı, qeydə alınmamalıdır?
Yeni dəyişikliklə pensiyanın baza hissəsi də ləğv edilib. İndən sonra "minimum pensiya" göstəricisindən istifadə ediləcək. Hazırda onun məbləği 110 manatdır. İndən sonra həmin məbləğ orta illik əmək haqqına uyğun indeksasiya ediləcək.
12 illik staj tələbi də ləğv olunur. Pensiyaya çıxmaq istəyən şəxs pensiya yaşına çatan anda sığorta hesabındakı vəsait hər ay qüvvədə olan minimum pensiyaya uyğun pensiya almağa təminat verərsə, hüququ qazanacaq. Amma bu tələb ödənmədikdə, pensiya yaşına çatmış şəxsin əmək stajı 25 ildən aşağı olmamalıdır".