"Martın 14-dək Ermənistan cəbhədə çox ağır təxribatlar törədəcək" - Xəbərdarlıq

Xəbər verildiyi kimi, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev Ermənistan Prezidenti Serj Sərkisyanla görüşüb. Tərəflər arasında əsas müzakirə mövzusu dünyadakı vəziyyət, Qafqazdakı situasiya, Dağlıq Qarabağ problemi olub.

"Yeniavaz.com" xəbər verir ki, görüşə münasibət bildirən verən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenanat Üzeyir Cəfərov martın 14-nə kimi Ermənistanın cəbhədə ağır təxribatlar törədəcəyini iddia edib: "Bəli, əziz dostlar. Martın 14-nə kimi Ermənistan cəbhədə çox ağır təxribatlar törədəcək. Bunu mən sizə tam əminliklə deyirəm. Rus generalı Nikolay Patruşev görüşə birbaşa Putinin şəxsən çatdırmaq istədiyi mühüm tapşırıqlarla gəlib. Onsuz da bu erməni alçaq ayın 14-də iki gün Moskvada sülənəcək, həm daxilə, həm də xaricə bağlı olan proseslərlə bağlı son təlimatlarını, tapşırıqlarını alacaq. Demək, Azərbaycan Silahlı Qüvvələri bu arada son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Allah Azərbaycana qarşı pis niyyətdə duran bu yaramazların bəlasını versin. Mən sözümü dedim. Baxaq görək nələr olacaq. Amma, çox narahatam, təki mən yanılım. Amma, bu adi bir görüş deyil. Bağlı qapılar arasında vəziyyəti qarışdırmaq üçün baş tutan bir görüşdür".

DİGƏR XƏBƏRLƏR

Top