Fransada Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Fransaya səfərə yola düşüb. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Sarkisyanın fransalı həmkarı Fransua Ollandla, senatın sədri Jerar Larşe və digərləri ilə görüşü planlaşdırılıb. Görüşdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf etdirilməsi, həmçinin Cənubi Qafqazda son vəziyyətin müzakirə ediləcəyi gözlənilir. Bundan əlavə iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan bir-sıra sənədlərin imzalanacaq. Sarkisyanla Ollandın görüşündə əsas müzakirə hədəflərindən birinin də Dağlıq Qarabağ münaqişəsinin həllinin olacağı vuröulanir. Xatırladaq ki, Sarkisyanın Parisə səfəri ərəfəsində Olland Dağlıq Qarabağ münaqişəsinin həllinə Fransanın öz töhfəsini verməyə və iki ölkə prezidentlərinin yeni görüşünü təşkil etməyə hazır olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top