"ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünə dəstək verəcəyi şübhə doğurmur"

ABŞ-ın NATO-dakı keçmiş səfiri və Makkeyn Beynəlxalq Liderlik İnstitunun direktoru Kurt Volker ölkəsinin həmişəki kimi Gürcüstanın ərazi bütövlüyünə dəstək verəcəyini söyləyib. "Yeniavaz.com"un apsn.ge saytına istinadən verdiyi məlumata görə, Volker ABŞ rəhbərliyi üçün Gürcüstanın önəm daşıyan ölkə olduğunu vurğulayıb: "ABŞ-ın yeni administrasiyası Rusiya ilə açıq əməkdaşlıqda maraqlıdır və biz ümid edirik ki, tərəflər mümkün ola biləcək bütün məsələlərdə ortaq məxrəcə gələ biləcəklər. Amma bu, digər ölkələrin maraqlarına xəyanət etmək demək olmayacaq. Gürcüstan öz yolunu seçib və demokratik inkişaf, bazar iqtisadiyyatı, transatlantika birliyi ilə əməkdaşlıq prinsiplərini özünün əsas qayəsi elan edib. Bu müstəvidə də ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünə dəstək verəcəyi şübhə doğurmur".

DİGƏR XƏBƏRLƏR

Top