Riçard Almeyda Qətərə aparılmayacaq

"Qarabağ" klubunun futbolçusu Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra düşərgədən ayrılıb. AFFA-nın rəsmi saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçinin yığmaya çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub. O, baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu. Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top