Rusiyada yanğın zamanı üç nəfər ölüb

Rusiyada yanğın zamanı 2 yaşlı uşaq daxil olmaqla, 3 nəfər ölüb. “RİA Novosti”-nin xəbərinə görə, hadisə Çelyabinsk şəhərində, fərdi yaşayış evlərinin birində, gecə saatlarında baş verib. Hadisə zamanı çoxlu yanıq xəsarətləri alanlar və zəhərlənənlər var. Yanğın fərdi yaşayış evi və evüstü tikililəri tamamilə məhv edib. Alov qonşu evin damına da yayılıb. Yanğının səbəbləri müəyyənləşdirilir.Apa

DİGƏR XƏBƏRLƏR

Top