KXDR Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) müvəqqəti olaraq Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan edib. Reuters agentliyinin verdiyi xəbərə görə, Şimali Koreya bu addımı hazırda Malayziyada olan vətəndaşlarının təhlükəsizliyi ilə izah edib. Qeyd edək ki, Malayziya hökuməti Şimali Koreya səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb edib. Buna cavab olaraq eyni addımı rəsmi Pxenyan da atıb. İki ölkə arasında münasibətlər Şimali Koreya lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın Kuala Lumpur hava limanında sui-qəsd nəticəsində zəhərlənərək öldürülməsindən sonra gərginləşib.Apa

DİGƏR XƏBƏRLƏR

Top