"Maaşlarımızı nə vaxt verəcəklərini demirlər, qalmışıq çarəsiz..."

"EVRASCON" ASC-nin bir neçə işçisi Milli.Az-a müraciət edərək maaşlarını ala bilməməkdən şikayət ediblər:

"Biz Salyanda yolun çəkilişi üçün "drobilka" işinə baxırıq. Şirkət 5-6 ay idi ki, maaşlarımızı vermirdi. İşçilər narazı idilər. Dünən-bu gün iyun və iyul aylarına olan maaşlarımızı verdilər. Amma 3 ayın maaşı hələ də qalıb, ala bilmirik. Bizə deyirlər ki, pul yoxdur, bizə pul köçürülmür, ona görə də maaşları verə bilmirik. Borclu qaldıqları maaşlarımızı da nə vaxt verəcəklərini demirlər, biz də qalmışıq çarəsiz... Amma maaşsız da olsa, indi də işimizə davam edirik. Əvvəllər şirkətin işçilərinin sayı təxminən 3000-4000 nəfər idi, maaşları verə bilmədiyindən artıq cəmi 1500-2000 işçi qalıb".

DİGƏR XƏBƏRLƏR

Top