İsraildə "Ərəfat küçəsi" qadağası

İsrailin şimalındakı Catt ərəb şəhərinin bələdiyyəsi mərkəzi hakimiyyətin təkidi ilə Fələstinin sabiq lideri Yasir Ərəfatın şərəfinə adlandırılmış küçədən onun adının olduğu lövhəni götürüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İsrail Daxili İşlər Nazirliyindən (DİN) deyiblər. İsrailin daxili işlər naziri Arye Dari “Tvitter” səhifəsində məsələ ilə bağlı yazıb: “Mənim tələbim əsasında Cattın yerli şurası Yasir Ərəfatın adı olan küçə işarələrini götürmək qərarına gəlib”. Nazir qeyd edib ki, DİN küçənin adının dəyişdirilməsi üçün qanun üzrə icazə verməyib və buna görə də yeni toponim rəsmi reyestrə daxil edilməyib. “Haarets” qəzeti yazır ki, Ərəfat küçəsi Cattada 2008-ci ildən mövcud olub, lakin mərkəzi hakimiyyət onun barəsində İsrail ordusunun əlillər assosiasiyasının müraciətindən sonra öyrənib.

Xatırladaq ki, İsrailin baş naziri Binyamin Netanyahu martın 5-də bəyan etmişdi ki, ölkədə “israillilələr və yəhudilərin qatili”nin xatirəsini əbədiləşdirən toponimlərin olmasına imkan verməyəcək və söz verib ki, zərurət olarsa, qanunvericilik səviyyəsində qadağanı rəsmiləşdirəcək.

DİGƏR XƏBƏRLƏR

Top