Pensiya alanların sayı ən az Azərbaycandadır - SİYAHI

Xəbər verdiyimiz kimi, sabah Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılacaq. Təklif edilən dəyişikliklər arasında diqqət çəkən məqamlardan biri pensiya yaşının 65 yaşa qaldırılması ilə bağlıdır. Pensiya yaşının 65 yaşa qaldırılmasını Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli mətbuata verdiyi açıqlamada belə əsaslandırıb ki, insanların ömrü uzanıb. Bu səbəbdən də Azərbaycanda orta ömür müddəti ilə pensiya yaşı arasındakı fərq 12 ildən (gözlənilən pensiya ödənişi müddəti) çox olur ki, nəticədə pensiya alanların sayı artır. Pensiya yaşının artırılma səbəblərindən biri də məhz bu fərqin artmamasının qarşısını almaqdır.

Bəs görəsən Azərbaycanda pensiya alanların sayı həqiqətən yüksəkdirmi?

Azərbaycanda hər 1000 nəfərin 135-i pensiya alır. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu hesabatda yer alıb. Komitənin açıqladıöı məlumatdan belə görünür ki, Azərbaycan pensiya alanların sayına görə region ölkələrindən geri qalır. Digər region ölkələrində pensiya alanların sayı Azərbaycanla müqayisədə daha çoxdur. Statistika Komitəsinin məlumatına görə, qonşu Ermənistanda əhalinin hər 1000 nəfərindən 154-ü pensiya alır. Bu göstərici Belarusda 270, Qazaxıstanda 151, Moldovada 189, Gürcüstanda 250-yə, Rusiyada 286-ya bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top