Netanyahu İranı İsrail üçün ən böyük təhlükə mənbəyi adlandırdı

İran dünyada terroru körükləyən nəhəng generator rolunu oynayır. "Yeniavaz.com"un Vestnik Kavkaza saytına istinadən verdiyi məlumata görə, bunu1992-ci ildə Buenos-Ayresdəki İsrail səfirliyini İranın hazırladığı plan əsasında Hezbullah terroçuları tərəfindən partladılmasının ildönümünə həsr edilən mərasimdəki çıxışında baı nazir Netanyahu deyib: "İran Hezbullahın vasitəsi ilə Buenos-Ayresdə İsrail səfirliyinə qarşı terror həyata keçirdi. İran dünyada terroru körükləyən nəhəng generator rolunu oynayır. Biz terrora qarşı mübarizə aparmağa borcluyuq. İran həmçinin nüvə silahı əldə etmək üçün tədqiqatlar aparır və ballistik raketlərini təkmilləşdirməkdə davam edir".

Xatırladaq ki, o vaxt həyata keçirilən terror zamanı İsrail səfirliyinin 29 əməkdaşı ölmüşdü.

Netanyahu İranın Hezbullahı silahlandırmasına qarşı çıxacaqlarını və buna imkan verməyəcəkləri barədə qarşı tərəfə xəbərdarlıq edib. O həmçinin İsrailə təhlükənin 80 faizinin İrandan gəldiyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top