Vətəndaşlar Mosulu tərk edir

İraq ordusunun Qərbi Mosula daxil olması nəticəsində son bir həftə içərisində 40 min vətəndaş evlərini tərk edib. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səhər İraq əsgərləri Mosuldakı əl Huriyyə körpüsünü ələ keçirib. Körpü İŞİD-in əlində olan köhnə şəhərə gedən yolun üstündədir. Dəclə çayı üzərindəki beş körpünün hamısı döyüşdə yararsız hala düşüb, lakin indiyə qədər ikisi İraq ordusunun əlinə keçən bu körpülər təmir olunduqdan sonra şəhərin şimalını əllərində saxlayan İŞİD üzvlərinə qarşı hücumu asanlaşdıracaq. Döyüş Qərbi Mosulun ən sıx bölgələrinə yönəldikcə şəhərdən çıxışlar da sürətlənir. Yardım təşkilatları qaçan vətəndaşlar üçün olan sığınacaqların dolmağa yaxınlaşdığını qeyd edib. Məlumata görə oktyabrda Mosul əməliyyatı başlayandan bəri şəhərdən qaçan vətəndaşların sayı 206 minə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top