Qaradağ paytaxt rayonları arasında mənzillərin ən ucuz satıldığı rayondur. Mənzillərin ən baha satıldığ rayon isə Səbail rayonu hesab olunur. "Yeniavaz.com" "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin bu gün açıqladığı məlumatlara istinadən bildirir ki, yanvar ayında bu rayonlar arasında qiymət fərqi 2,6 dəfəyə bərabər olub. Belə ki, Qaradağ rayonunda mənzillərin 1 kv.metrinin qiyməti 512 dollar (897 manat) olduğu halda, Səbail rayonunda 1324 dollara (2317 manat) bərabər olub. Bakı rayonları arasında olduğu kimi Ermənistanın paytaxtı Yerevanda da qiymət fərqi 2,7 dəfəyə bərabər olub. "Yeniavaz.com" Ermənistan KİV-nə istinadən bildirir ki, Yerevanın mərkəzi rayonlarından olan Kentronda 1 kv. metrin 881 dollar olduğu halda, paytaxtın cənubunda yerləşən Nubaraşendə 324 dollar təşkil edib.
Məlumat üçün bildirək ki, Bakı ilə eyni sayda - 11 rayona sahib olan Yerevanda mənzillərin qiyməti Bakıdan ucuzdur. Qeyd etdiyimiz kimi, Bakının mərkəzi rayonu hesab olunan Səbaildəki qiymətlər Yerevanın mərkəzi hesab olunan Kentrondakı qiymətlərdən 33,5% bahadır. Nubaraşen rayonunda mənzillərin qiyməti isə Qaradağ rayonu ilə müqayisədə 36,7% ucuzdur.
Bakı və Yerevanın digər rayonlarında mənzillərin qiymətini təqdim edirik: