Lavrov: Qarabağ münaqişəsi tərəfləri razılıqdan uzaqdırlar

Moskva Dağlıq Qarabağ münaqişə üzrə Bakı və Yerevan üçün məqbul həll yollarını axtarışına kömək edəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Moskvada keçirdiyi birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Moskva Bakı və Yerevan ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, habelə Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli görüş formatında tərəflər üçün məqbul həll yollarının axtarışına bundan sonra da yardım edəcək. S. Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmağa tabedir: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 2-3 əsas mövzular hələ müzakirə edilir, lakin tərəflər razılıqdan hələ uzaqdırlar”.

DİGƏR XƏBƏRLƏR

Top