Qaçqınların Gürüstanda yerləşdirilməsi təşəbbüsü Rusiyanı təşvişə salıb

Qaçqınların Gürcüstanda yerləşdirilməsi ideyası Rusiyanın təhlükəsizliyini təhdid edir. "Yeniavaz.com"un sputnik-georgia-ya istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Rusiya Federasiyasının təhlükəsizlik və müdafiə komitəsi sədrinin müavini Frants Klintseviç deyib. Onun sözlərinə görə, qaçqınların Gürcüstanda yerləşdirilməsi Rusiya üçün terror təhlükəsinin artmasına gətirib çıxaracaq: "Bu hələlik havaya buraxılan bir söz və buna Gürcüstanın reaksiyasını öyrənmək üçün edilən cəhddir. Amma bunun ardınca qaçqınların Gürcüstanda yerləşdirilməsi üçün konkret təkliflər edilə bilər. Aydın görünür ki, Avropa Birliyi ölkələri müqrasiya böhranını başqalarının hesabına həll etmək istəyirlər".

Klintseviç belə hesab edir ki, Gürcüstanla viza rejiminin ləğv edilməsinin bir səbəbi də məhz miqrant problemini Gürcüstanın hesabına həll etmək niyyəti olub və bu Rusiyanı narahat etməyə bilməz: "Avstriya Xarici işlər naziri Sebastyan Kurtsun bu təklifi birbaşa Rusiyanın təhlükəsizlik maraqlarına toxunur. Gürcüstanla ümumi sərhədə malik olan Rusiya bununla da beynəlxalq terrorizmin təhdidi ilə üzləşə bilər".

DİGƏR XƏBƏRLƏR

Top