Rəsmi Berlin: Ərdoğanın çıxışı yoxlanılmalıdır

Berlinin indiki siyasətini keçmişdə nasistlərin fəaliyyətinə bənzədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri tamamilə qəbuledilməzdir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniya federal kansleri Angela Merkelin dəftərxanasının rəhbəri Peter Altmayer deyib. Onun sözlərinə görə, Almaniya son günlər baş vermiş hadisələrlə bağlı Türkiyədəki məsul şəxslərlə daim təmasdadır: “Son günlər baş vermiş hadisələrin mahiyyətinin və bütün problemlərinin Ankarda dərk edilməsi üçün çalışacağıq. Türkiyə prezidentinin seçkiqabağı çıxışının öz yeri olmalıdır, lakin bu, hüquq və qanunlara müvafiq baş verməlidir. Bu, (bəyanat) qeydə alınmalı və yoxlanılmalıdır”.

Xatırladaq ki, Berlin və Ankara arasında münasibətlər türk əsilli Almaniya jurnalisti Dəniz Yücelin terror təşkilatında iştirak, terrorçuluğun təbliği, məlumatların qanunsuz istifadəsi ittihamları ilə İstanbulda saxlanmasımdan sonra gərginləşib. Bundan sonra Almaniyanın Qaqqenau şəhərinin rəhbərliyi Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın ölkə konstitusiyasına dəyişikliklər paketi üzrə referendum ərəfəsində Almaniyada çoxsaylı türk diasporu qarşısında çıxışını ləğv edib. Türkiyədə konstitusiya referendumu aprelin 16-da keçiriləcək. Almaniyada bu referendumda səs vermək hüququ olan təqribən 1,4milyon türk yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top