“Apple” şirkətinin bu ilin sonunda təqdim edəcəyi “iPhone 8” modelinin ekran xüsusiyyətləri barədə məlumat yayılıb. “Yeniavaz.com” Türkiyə mediasına istinadən xəbər verir ki, “iPhone 8”in sadəcə ekranı texnologiya bazarında sensassiya yaratmağa kifayət edəcək. Məlumata görə, “Apple”, gələcəkdə bazara 5,8 düyüm OLED və LCD ekranı olan 3 telefon çıxarmağı düşünür ki, bunlardan biri də “iPhone 8” olacaq. Həmçinin məlum olub ki, “iPhone 8”in home düyməsi qaldırılacaq və yerinə sensorlu virtual düymə əlavə olunacaq. Bəzi mənbələrdə “iPhone ”un Touch ID xüsusiyyətini ləğv edib yerinə IRIS, üz tanıma və s. kimi biometrik texnologiyalar gətirəcəyi qeyd olunsa da bu xəbərin yalan olduğu ortaya çıxıb.