Atambayev: ABŞ-ın məndən inciməsinin səbəbini bilirəm

Xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları (QHT) və kütləvi informasiya vasitələri (KİV) Qırğızıstanda vəziyyətin qeyri-sabit olmasına xidmət edən şayiələr yayırlar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan prezidenti dövlət mükafatlarının təqdim edilməsi mərasimində deyib. Onun sözlərinə görə, xarici dövlətlərdən maliyyə alan QHT və KİV-lər şayiələrin yayılmasına xüsusi töhfə verirlər: “ABŞ hökumətinin maliyyələşdirdiyi “Azattık” (“Azadlıq radiosu”nun xidməti) xüsusi həvəs göstərir. ABŞ-ın məndən inciməsinin səbəbini bilirəm. Məsələ demokratiya və həqiqətdə deyil, söhbət ondan gedir ki, Atambayev ABŞ bazasını “Manas”dan çıxardıb”. Prezident qeyd edib ki, ABŞ hakimiyyəti respublikaya qarşı ikili standart nümayiş etdirir: “ABŞ konqresi daha sonrü siyasi məhbus kimi tanınan hüquq müdafiəçisi Əzimjan Əsgərova qarşı məhkəmə hökmləri veriləndə eks president Roza Otonbayevə mükafat təqdim edib”.

DİGƏR XƏBƏRLƏR

Top