Qaz balonundan külli miqdarda siqaret aşkar edildi

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasi vətəndaşının idarə etdiyi nəqıliyyat vasitəsinə gömrük baxışı keçirilib. "Yeniavaz.com" DGK saytına istinadən xəbər verir ki, yük yerində avtomobilin yanacaq çəni kimi quraşdırılan qaz balonu şübhə doğurduğundan nəqliyyat vasitəsi HCVG rentgen aparatı ilə yoxlamaya yönləndirilib və gömrükçülərin şübhələri təsdiqini tapıb. Belə ki, HCVG rentgen aparatı ilə yoxlama zamanı qaz balonunun içərisindən gömrük nəzarətindən gizlədilən 16800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

DİGƏR XƏBƏRLƏR

Top