Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Dövlət başçısı və birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.