Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı olub. “Milliyet”-in xəbərinə görə, söhbət Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Danışıqların təfərrüatı barədə məlumat verilmir. Bundan əvvəl nazirlər arasında martın 4-də telefon danışığı baş tutmuşdu. Söhbət zamanı M.Çavuşoğlu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekcinin iştirakı ilə Almaniyada keçiriləcək tədbirlərin ləğvi ilə əlaqədar narahatlığını ifadə etmişdi. Nazirlər martın 8-də Almaniyada görüş keçirəcəkləri barədə razılığa gəlmişdilər. Qeyd edık ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya qarşı sərt çıxış edib. Dövlət başçısı türkiyəli nazirlərə qarşı hərəkətləri demokratiyaya zidd addım kimi qiymətləndirib.Apa