SOCAR Türkiyənin məşhur YDM şəbəksini ala bilmədi

Petrol Ofisi-nin yeni sahibi məlum oldu! Avstriyanın enerji şirkəti OMV-nin 100 faiz səhminə sahib olduğu Petrol Ofisi-ni 1 milyard 368 milyon avroya Hollandiyanın "Vitol Group" şirkətinə satmağa qərar verdiyi açıqlanıb. Şirkət Türkiyədəki iştirakı "Petrol Ofisi" "Vitol Group"a satacaq. OMV-nin satışdan əldə edəcəyi xalis gəlir isə məzənnə təsiri ilə birlikdə 1,1 milyard avro olacaq. Sözügedən satış əməliyyatlarının bu ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır.
Petrol Ofisi-nin Türkiyədə 1709 yanacaqdoldurma stansiyası var. Şirkətin 2016-dakı cəmi satışları 10,68 milyon tona çatmışdı. Petrol Ofisi, 1 milyon kubmetr həcmlə Türkiyədəki ən böyük yanacaq anbarını da malikdir. Qeyd edək ki, SOCAR və Saudi Aramco şirkətləri də Petrol Ofisi-ni almaq niyyətində idi. Səudiyyə Ərəbistanının Saudi Aramco şirkətinin Petrol Ofisini almaq şansının SOCAR-dan daha çox olduğu bildirilirdi. SOCAR Türkiyədə istehsalla bərabər satışda da təmsil olunmaq niyyətindədir. marja

DİGƏR XƏBƏRLƏR

Top