Bu gün Gəncədə yolu keçən piyadanı avtomobil vurub. Hadisə şəhərin Şah İsmayıl prospektində qeydə alınıb. Goranboy rayon sakini 1958-ci il təvəllüdlü Bayram Mustafayev “QAZ–3129” markalı avtomobilə hərəkətdə olarkən yolu keçmək istəyən şəhər sakini 1954-cü il təvəllüdlü Xumar Quluzadəni vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan qadını dərhal xəstəxanaya çatdırıb. Piyadaya sağ bazunun çıxığı və sol dizin sıyrığı diaqnozu qoyulub. Qadının vəziyyəti orta-ağırdır. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. apa