Türkiyə səfirliyinin yaxınlığında müşahidə kameraları olan dirək aşıb - FOTO

Bakıda, Səməd Vurğun küçəsi 151 ünvanında, Türkiyənin Azərbaycandakı səfirliyinin yaxınlığında üstündə müşahidə kameraları olan elektrik dirəyi aşıb. Elektrik dirəyinin aşmasına səbəb paytaxtda əsən güclü külək olub. Qəza yeni baş verdiyindən hələ ki, heç bir tədbir görülməyib. Belə ki, elektrik dirəyi hazırda küçənin ortasında qalıb.Şəkillərdən də göründüyü kimi müşahidə kameraları zədələnib. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top