Türkiyədə qəzaya uğrayan suriyalı pilot qaytarılacaqmı?

"Hadisə tam dəqiqləşdikdən sonra pilotla bağlı qərar veriləcək, lakin hadisə yenicə baş verib". “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Nurəddin Canikli Hatay vilayətinin Antakya rayonu ərazisinə düşən Suriyaya məxsus hərbi təyyarənin pilotunun gələcək aqibətilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, hazırda pilotun müalicəsi davam edir və onun həyati təhlükəsi yoxdur: “Təyyarənin və pilotun hansı məqsədlə və necə Türkiyə ərazisinə düşdüyü, burada hansı məqsədlərlə olduğu üzə çıxdıqdan sonra bununla bağlı qərar qarşıdakı günlərdə veriləcək”.

Xatırladaq ki, martın 4-də Suriyaya məxsus “MİQ-21” qırıcı təyyarəsi Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb. Pilot qəzadan öncə katapult edə bilib. Polkovnik rütbəli pilot Mehmet Sufhan qəza yerindən 40 kilometr aralıda tapılıb. 56 yaşlı pilot ilkin ifadəsində İdlib bölgəsinə hava zərbələri endirmək üçün Əl-Lazqiyyədən havaya qalxdığını,ancaq bu zaman vurulduğunu qeyd edib. “MİQ-21” təyyarəsinin Suriyadakı müxaliflər tərəfindən yerdən açılan atəş nəticəsində vurulduğu iddia edilir. Lakin Suriya hökuməti bunu təkzib edərək, təyyarənin texniki nasazlıq səbəbindən düşdüyünü ehtimal edir.

DİGƏR XƏBƏRLƏR

Top