“Beşiktaş” baş məşqçi ilə 3 illik müqavilə imzaladı

“Beşiktaş” klubu baş məşqşçi Şenol Günəş ilə müqavilənin müddətini 3 il uzadıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ş. Günəş 2020-ci ilədək “Beşiktaş”ı çalışdıracaq. Türkiyəli mütəxəssis illik 1,5 milyon avro qarşılığında 3 illik müqaviləyə imza atıb. Bundan başqa, 64 yaşlı Ş. Günəş ölkə çempionatı və Avropa Liqasında uğurlara görə də bonuslar qazanacaq. Əgər o, 2020-ci ilədək vəzifəsində qalarsa, “Beşiktaş”ın tarixində ən uzunmüddətli çalışan baş məşqçi olacaq.

DİGƏR XƏBƏRLƏR

Top