Ermənistanda seçki kampaniyasına rəsmən start verildi

Bu gün Ermənistanda parlament seçkiləri üzrə kampaniyaya rəsmi olaraq start verilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Mərkəzi Seçki Komissiyasından (MSK) deyiblər. MSK-dan bildiriblər ki, bu gündən aprelin 2-nə Milli Yığıncağa (parlament) planlaşdırılmış seçkilər ərəfəsində siyasi təşviqat başlayır: “Rəsmi seçkiqabağı kampaniya martın 31-də başa çatacaq”. Qeyd edək ki, parlamentdə yer uğrunda 9 siyasi qüvvə - 4 partiya və 5 blok mübarizə aparacaq.

DİGƏR XƏBƏRLƏR

Top