FHN mənzildən 83 yaşlı şəxsin cəsədini çıxarıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfər vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. “Yeniavaz.com”un FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü İsmayılov Vahid Abbas oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verıblər. Əməliyyat saat 09:40-da başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top