Şimali Koreyanın raket sınaqlarını pozmaq üçün hakerlərdən istifadə olunub

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası kiber hucumların köməkliyi ilə Şimali Koreyada ballistik raketlərin sınaqlarını pozmağa çalışıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “New York Times” qəzetinin jurnalistlərinin apardığı araşdırmada deyilir. Nəşr qeyd edir ki, kiber hücum proqramı tətbiq edildikdən sonra “Musudan” ortamənzilli ballistik raketlərin uğursuz buraxılma halları çoxalıb. Uğursuz sınaqların payı 88 faizə çatıb. Ekspertlərin çoxu hesab edir ki, ABŞ-ın proqramı Şimali Koreya sistemlərində texniki nasazlıqları dərinləşdirib ki, bu da sınaqların uğursuz alınmasına gətirib çıxarıb. B. Obama prezidentlik dövrünün başa çatmasına bir neçə ay qalmış müşavirlərinə bəyan edib ki, nəticədən tam əmin olacağı təqdirdə, Şimali Koreya rəhbərliyinin yerləşdiyi yerə və silahlı qüvvələrin dislokasiya mövqelərinə zərbə endirməyə hazır olub.

DİGƏR XƏBƏRLƏR

Top