Malayziya Şimali Koreya səfirini ölkədən qovdu

Malayziya hakimiyyəti Şimali Koreyanın bu ölkədəki səfiri Kan Çxolu arzuolunmaz şəxs elan edərək onun ölkədən çıxarılması barədə qərar qəbul edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Malayziyanın xarici işlər naziri Anifa Aman deyib. O buna səbəb kimi Şimali Koreya lideri Kim Çen Inin böyük qardaşı Kim Çen Namın qətlə yetirilməsi ətrafındakı vəziyyəti göstərib. A. Aman bildirib ki, səfir 48 saat ərzində ölkəni tərk etməlidir. Bunadək Malayziya hakimiyyəti Şimali Koreya səfirini K. Ç. Namın qətlinin araşdırılmasının gedişi barədə söylədiyi sərt ifadələrdən sonra diplomatik etik qaydaları pozmaqda ittiham etmişdi.

Xatırladaq ki, fevralın 14-də Malayziya polisi K. Ç. Namın öldüyünü təsdiq edib. Sonradan məlum olub ki, o, Malayziya aeroportunda iki qadının hücumu nəticəsində qətlə yetirilib. Malaziya polisi qətlə yetirilmiş K. Ç. Namın üzündə əsəb-iflic təsirli maddə aşkarlayıb. Bu maddə BMT tərəfindən kimyəvi kütləvi qırğın silahı kimi təsnif edilir. K. Ç. Namın qətlində İndoneziya vətəndaşı Siti Aysiya şübhəli bilinir. Ona qətlə törətməyə görə 90 dollar ödənildiyi iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top