Soyuqdan donmaq istəməyən şəxsin faciəvi sonu - SAKİNLƏR KÖÇÜRÜLDÜ

Bu gecə Sumqayıtda baş vermiş yanğında ölən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Ölən şəxsin 30-35 yaşlı kişi olduğu bildirilir. Yeniavaz.com saytı lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, evsiz olan və tüfeyli həyat tərzi keçirən şəxs soyuqdan donmamaq üçün binanın zirzəmisinə girib və burada ocaq qalayıb. Daha sonra onu yuxu tutub və qaladığı ocaq daha da şiddətlənib. Binanın tüstüləndiyini görən şəxslər dərhal yanğınsöndürənlərə məlumat veriblər və bundan sonra zirzəmidə həmin şəxsin meyiti tapılıb. Yanğın vaxtı bina sakinləri təxliyyə olunub və yaşayış evlərinə ciddi ziyan dəyməyib.

Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top