Azərbaycanda özəl təyyarələrin sayı 10 il ərzində 550 faiz artıb

2016-cı ildə Azərbaycanda özəl təyyarələrin sayı 13 ədədə çatıb. “Yeniavaz.com”un Belarusun “Thinktans.by” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Knight Frank” şirkətinin dünyada rifahın paylaşılması haqqında “The Wealth Report 2017” araşdırmasında deyilir. Araşdırmada qeyd edilir ki, 2006-cı ildə Azərbaycanda qeydə alınmış özəl təyyarələrin sayı 2 ədəd olub. Bununla da 10 il ərzində ölkəmizdə belə təyyarələrin sayında 550 faiz artım qeydə alınıb. 10 ildə dünyada bu göstərici üzrə ən böyük artımı isə Belarus nümayiş etdirib. Belə ki, Belarusda ötən il 13 özəl təyyarə qeydiyyata alınıb ki, bu da 2006-cı illə (1 ədəd) müqayisədə 1200 faiz artım deməkdir. Belarusdan sonrakı yerləri Men adası (9-dan 69-dək, artım 667 faiz), Qazaxıstan (4-dən 28-dək, 600 faiz) və Honkonq (20-dən 127-dək, 535 faiz) tutublar. Ümumiyyətlə isə ötən il dünyada ən çox özəl təyyarə 34 faiz artışla - 12 717 ədəd- ABŞ-da qeydiyyata alınıb. ABŞ-ı bu baxımdan Meksika – 950 (14 faiz artım), Braziliya – 786 (90 faiz), Kanada – 534 (51 faiz) və Almaniya – 435 (100 faiz) izləyir.

DİGƏR XƏBƏRLƏR

Top