
Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoran partladılıb. Donetsk Azərbaycanlıları Konqresindən verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Zərdab rayonundan olan İsmayıl Quliyev yaralanıb.
O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.
Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                