Trampın qalstuku ilə bağlı maraqlı fakt – FOTO

ABŞ prezidenti Donald Trampın qırmızı və həddən artıq uzun qalstuku ilə bağlı maraqlı detal üzə çıxıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, D. Tramp qalstukunun incə ucu ilə qalın ucunu xüsusi yapışdırıcı ilə bir-birinə bağlayır. Onun qalstukunu kəmər hissəsinədək uzun bağlaması da suallar doğurur. ABŞ prezidenti qalstukunu çox uzun bağladığına görə, qalstukun incə ucu geniş ucunun arxasındakı hissəyə çatmır və ikisini bir-birinə bağlaya bilmir. Onun qalstukunu bitişdirməsinin səbəbinin bu olduğu düşünülür. Mövzu ilə bağlı xarici mətbuatada bir sıra şərhlər olsa da, D. Trampın niyə qalstukunu düzgün bağlayaraq bu problemdən yaxa qurtarmaması ilə bağlı şikayətlər var.

DİGƏR XƏBƏRLƏR

Top