SSRİ-də ən varlı yaşayan respublikalar hansı olub?

SSRİ dağıldıqdan sonra keçmiş sovet vətəndaşları ideoloji düşüncələrə görə daha əvvəl məxfi saxlanmış müxtəlif respublikaların istehsalat və mal istehlakı üzrə statistik məlumatalarına giriş əldə etdilər. “Yeniavaz.com”un “Russian7” saytına istinadən verdiyi məlumata görə, statistikadan məlum olur ki, SSRİ respublikaları arasında böyük uçurum olub.

Statiskadan görünür ki, SSRİ-də ən varlı yaşayanlar Gürcüstan SSR-də olub. Bu respublika adambaşına ildə 10,6 min dollar dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edirdi, 41,9 min dollar isə istehlak edirdi. 33,3 min dollar fərq isə digər ittifaq ölkələri vasitəsilə aradan qaldırılırdı. İkinci yeri siə Estoniya və Ermənistan bölüşürlər. Estoniya adambaşına ildə 15,8 min dollar ÜDM istehsal edirdi, 35,8 min dollar isə istehlak edirdi. Ermənistanda isə bu göstəricilər müvafiq olaraq 9,5 min dollar və 29,5 min dollar təşkil edib. Bununla da ittifaq ölkələri sayəsində ÜDM-in artımı adambaşına ildə 20 min dollar təşkil edirdi. Latviya siyahının üçüncüsüdür. Bu ölkə adambaşına 16,5 min dollar ÜDM istehsal edir, 26,9 min dollar isə istehlak edirdi. Onun artımı 13,1 min dollar təşkil edirdi. Siyahıda sonrakı yerləri Özbəkistan, Litva, Tacikistan və Azərbaycan tuturlar. SSRİ-də ən kasıb ölkələr Moldova, Qırğızıstan, Ukrayna, Belarus və Rusiya olub. Maraqlıdır ki, Rusiya və Belarusun ÜDM artımı ümumiyyətlə mənfi olub: müvafiq olaraq – 5,7 min dollar və - 3,6 min dollar.

DİGƏR XƏBƏRLƏR

Top