"Razılıq varsa, atəşkəs niyə pozulur?"

Ermənistan prezidenti Serj Sərkisyan XİN işçiləri qarşısında çıxış edərkən deyib ki, əgər Azərbaycan müharibəyə başlasa, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün ixtiyarındakı bütün hərbi arsenaldan yararlanacaq. Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan isə Rusiya mətbuatına müsahibəsində bildirib ki, Rusiyanın Ermənistandakı "İsgəndər" raketləri Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısıdır. Başqa sözlə, "Ermənistanın hərbi arsenalı" üstəgəl, "İsgəndər" raketləri. Azərbaycan rəsmilərindən və ya generallardan biri lütfən belə bir açıqlama versin". "Yeniavaz.com" xəbər verir ki, bu barədə politoloq Elxan Şahioğlu məlumat verib.

"Generallardan biri çıxıb desin ki, Ermənistan "İsgəndər" raketlərindən Azərbaycana qarşı istifadə edərsə, Ermənistan ordusunun nəinki Dağlıq Qarabağ, Ermənistandakı hərbi birləşmələrini də yerlə yeksan edəcəyik". Cənablar, informasiya müharibəsinin elementlərindən istifadə edin",-deyə Elxan Şahinoğlu qeyd edib.

Politoloq ABŞ dövlət katibi Reks Tillerson Bakıya nə zaman zəng edəcəyi ilə bağlı suallara da münasibət bildirib. "O, Bakıdan əvvəl İrəvana zəng edərək erməni həmkarı Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb. Erməni saytlarının yazdığı məlumata görə, söhbət zamanı Vyanada və Sankt-Peterburqda tərəflər arasında əldə edilən razılaşmaların yerinə yetirilməsinin zəruriliyi vurğulanıb. Dövlət katibi ABŞ-ın münaqişənin sülh yolu ilə həllinə fəal köməyini davam etdirəcəyini bildirib.

Birincisi, Reks Tillersonun iddia etdiyi kimi tərəflər Vyanada və Sank-Peterburqda hər hansı razılığa gəlməyiblər. Məgər Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazırdır ki, İrəvanla Bakı arasında razılaşma olsun? Razılıq varsa, atəşkəs niyə daima pozulur? İkincisi də Sankt-Peterbuqdakı görüş Rusiyanın maraqlarına cavab verirdi. Rusiyanın maraqlarının qorunmasının Vaşinqtona nə dəxli var, yoxsa Tramp Qarabağ məsələsində də Putinlə yaxınlaşmaq istəyir? Görək indi Tillerson azərbaycanlı həmkarı Elmar Məmmədyarovla nə zaman danışacaq? Yaxın müddətdə belə bir zəng olmasa Vaşinqtonun münaqişənin həllinə baxışında tərəfsizliyinə kölgə düşəcək".

DİGƏR XƏBƏRLƏR

Top