
Rusiya prezidenti Vladimir Putin ötən gecəni tayqada keçirib. “Yeniavaz.com”un “Life.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, prezident ötən gün tayqada gecələyib: “Bu gün də gecəni orada keçirəcək və ardından Moskvaya qayıdacaq, burada onu iş qrafiki gözləyir”. D. Peskov qeyd edib ki, V. Putin tayqada gecələmək barədə qərarını Krasnoyarskda rusiyalı idmançılarla keçirdiyi görüşlərdən sonra verib.
Xatırladaq ki, V. Putin 2014-cü ildə 62 yaşını Sibir tayqalarında qeyd edib. Prezident həmin gün dağlarda təqribən 9 kilometr məsafə qət ediyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz