NATO Gürcüstan ordusunun güclü olmasında maraqlıdır

Tbilisidə səfərdə olan NATO Hərbi komitəsinin rəhbəri general Pyotr Pavel NATO-nun Gürcüstanın hərbi baxımdan güclənməsində maraqlı olduğunu söyləyib. "Yeniavaz.com"un nevsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, Pyotr Pavel mətbuata açıqlamasında Gürcüstan ilə NATO arasında dinamik inkişafa diqqəti cəlb edib: "Hazırda NATO-nun Gürcüstanda xüsusi sessiyasını keçirməsi üçün imkanları var. Bütün bu tədbirlər NATO-nun Gürcüstan silahlı qüvvələrinin yenidən qurulmasında və onun gücünün artırılmasında maraqlı olduğunu göstərir".

NATO generalı Qara dənizdə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsinin vacibliyini söyləyərək Gürcüstanın nəinki bu prosesdə, həm də bölgədə sabitliyin bərpasında önəmli rol oynadığını xüsusi qeyd edib.

Qeyd edək ki, NATO Hərbi komitəsinin rəhbəri Gürcüstana ikigünlük səfəri çərçivəsində prezident Marqvelaşvili, müdafiə naziri Levan İzoriya və digərləri ilə görüşərək ikitərəfli əlaqələrin genişləndirilməsi və inteqrasiya məsələlərini müzakirə edəcək.

DİGƏR XƏBƏRLƏR

Top