CNN: Rusiyanın ABŞ-dakı səfiri casusdur

CNN telekanalı ABŞ hökumətinin indiki və keçmiş nümayəndələrinə istinadən iddia edir ki, Amerika kəşfiyyatı Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakı rusiyalı casuslardan biri qismində nəzərdən keçirir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, telekanal bu iddianı KİV-də hazırda ABŞ-ın ədliyyə naziri olan Ceff Seşnsin S. Kislyak arasında baş tutmuş söhbətləri barədə məlumatların yayılması fonunda edib. “Washington Post” qəzetinin daha əvvəl yazdığına görə, C. Seşns ötən il senator olarkən S. Kislyakla görüşüb. Qəzet Ədliyyə Nazirliyinin adı çəkilməyən nümayəndələrinə istinadən qeyd edib ki, C. Seşns ABŞ konqresindəki dinləmələrdə ona Rusiya nümayəndələri ilə təmas saxlaması ilə bağlı birbaşa sual verilərkən bu barədə məlumat verməyib. CNN telekanalı fevralın ortalarınadək ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini tutmuş M. Flinni xatırladıb. O, etiraf etmişdi ki, Ağ evə S. Kislyak ilə təmasları barədə tam informasiya təqdim etməyib. CNN iddia edir ki, S. Kislyakın Rusiya kəşfiyyatına potensial yaxınlığı M. Flinnin Rusiya səfiri ilə təmaslarının Amerika kəşfiyyatını narahat etməsinə səbəb olub. Daha əvvəl KİV-lərin verdiyi məlumata görə, M. Flinn 2016-cı ilin dekabrında S. Kislyakla antirusiya sanksiyalarını müzakirə edib.

DİGƏR XƏBƏRLƏR

Top