Rusiya Qarabağ münaqişəsindən strateji maraqlarının təmini üçün istifadə edir

Rusiya son illərdə Dağlıq Qarabağ probleminin həllində baş arbitr rolunu öz üzərinə götürərək bundan Azərbaycan və Ermənistanda strateji maraqlarının təmini üçün istifadə etməyə cəhd edir. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bu barədə "Stratfor" beynəlxalq araşdırmalar mərkəzinin hesabatında deyilir. Ekspertlərin fikrincə, Azərbaycan münaqişə zonasındakı mövcud status-kvonun dəyişdirilməsi üçün Rusiya ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Bakıda bu yolla ərazilərinin işğaldan azad etməyə nail olacaqlarına ümid edirlər. Bu isə Rusiyanın Azərbaycanda möhkəmlənməsinə və burada strateji, iqtisadi və hərbi maraqlarını təmin etməsinə geniş imkanlar açmaqdadır: "Ermənstan isə Rusiyanın icazəsi və razılığı olmadan hər hansı şəkildə müstəqil qərar qəbul edə bilmir. Rusiya Ermənistanın hərbi-strateji sistemini nəzarət altında saxlayır. Belə vəziyyətdə Rusiyanın razılığı olmadan münaqişədə olan tərəflərin heç biri qətiyyətli adımlar ata bilmir".

"Stratfor" ekspertləri Ermənstanı Rusiyadan asılı olan müttəfiq kimi dəyərləndirir və aprel döyüşləri zamanı Moskvanın dəstəyini tam şəkildə ala bilməyən Yeravanın pis vəziyyətdə qaldığını vurğulayırlar: "Ermənistanın alternativ tərəfdaşı olmadığından, Bakı ilə Moskva arasında əlaqələrin möhkəmlənməsinə baxmayaraq Rusiya ilə strateji əməkdaşlığı davam etdirməkdən başqa yolu yoxdur".

DİGƏR XƏBƏRLƏR

Top