"Yalana oxşayır"

"Bütün sahələrdə Ermənistandan ona görə üstün olmalıyıq ki, işğal altındakı torpaqları tez geri qaytara bilək. Ancaq bir istiqamətdə Ermənistandan geri qala bilərik". "Yeniavaz.com" saytı xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı çəvçivəsində Brüssellə assosiativ sazişi Gürcüstan, Ukrayna və Moldova imzaladılar, müxtəlif səbəblərdən Azərbaycan və Ermənistan imzalamadılar: "Bu ilin başlanğıcında Brüsselə ilk olaraq Azərbaycan prezidenti səfər etdi, bir neçə gün əvvəl isə Ermənistan prezidenti də Avropa İttifaqının paytaxtında görüşlər keçirdi. Rəsmi Bakı danışıqlara başlayaraq Avropa İttifaqı ilə strateji sənədin üzərində işləyəcək. Sənədin bu il imzalanacağı hələ bilinmir.

Bunun qarşılğında rəsmi İrəvan Brüssellə danışıqları başa çatdıraraq tərəfdaşlıq sazişini imzalamağa yaxındır. Ermənistanın bir üstünlüyü də odur ki, Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Bu Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalanmasında başlıca şərtlərdən biridir. Azərbaycan isə Ümumdünya Ticarət Təşkilatının üzvü deyil və nə vaxt üzv olacağı da bəlli deyil, danışıqlarda irəriləyiş yoxdur. İndi Ermənistan Azərbaycandan əvvəl Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi imzalasa bunun ölkəmizə nə xeyri olacaq? Niyə bu qədər geri düşdük".

Politoloq Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Xankəndində yerli separatçıları ruhlandırmaq üçün dediyi fikirlərə də münasibət bildirib: "Nalbandyan deyib ki, bu ilin sonuna qədər dövlətlərdən biri Dağlıq Qarabağın "müstəqilliyini" tanıya bilər. Nalbandyan konkret dövlətin adını çəkə bilməyib. Yalana oxşayır. Çünki, özünə hörmət edən heç bir dövlət separatçıları tanımaz. Ancaq istisna etmirəm ki, Mərkəzi Amerikada hansısa kiçik dövlət və ya bir neçə min əhalisi olan nöqtə boyda ada ermənilərin hiyləsinə aldanaraq Dağlıq Qarabağın "müstəqilliyini" tanısın. Məsələn, vaxtilə bir neçə dövlət Rusiyaya xoş gəlmək üçün Abxaziya və Cənubi Osetiyanın "müstəqilliklərini" tanımışdı. Bu mənada Azərbaycan XİN həmin "günü" gözləmədən xüsusi bəyanatla çıxış etməlidir ki, Azərbaycan torpaqlarının işğalı üzərində qurulan "dövləti" hansı ölkə tanısa bu beynəlxalq hüquqa zidd olacaq və həmin dövlətə qarşı sanksiyaların qəbuluna çalışılacaq".

DİGƏR XƏBƏRLƏR

Top