Terrorçuların tutduğu sərnişin təyyarələrini vurmağa icazə verildi

Kanadanın hərbi pilotları şəhər əhalisi üçün təhlükə yaradacağı təqdirdə, terrorçuların tutduğu sərnişin təyyarələrini vurmağa icazə ala bilərlər. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bununla bağlı CBC telekanalının sərəncamında Kanadanın müdafiə qərargahının 2015-ci il tarixli məxfi sənədlər var. Sənədlər həmin vaxt Kanada müdafiə qərargahının rəisi təyin edilən general Conatan Vensə təqdim edilib. Nümunə qismində 11 sentyabr 2001-ci il tarixində ABŞ-da terrorçuların ələ keçirərək törətdikləri terror aktları göstərilir. Qeyd edilir ki, belə qərarın qəbul edilməsində hökumət üzvləri, hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etməlidir.

Xatırladaq ki, 11 sentyabr 2001-ci il tarixində ABŞ-da müasir tarixin ən iri terror aktı baş verib. İki sərnişin təyyarəsi Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə vurulub, üçüncüsü Pentaqon binasına düşüb, daha biri isə Pensilvaniya ştatının Şenksvill şəhərinin ətrafına düşüb. Nəticədə təqribən 3 min nəfər həlak olub, 4 mindən çoxu isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top