Qurgen Sarkisyanın ölümündə əsgər yoldaşı günahlandırılır

Yanvarın 16-da başından güllə yarası alan və həkimlərin səylərinə baxmayaraq kliniki hospitalada ölən Qurgen Sarkisyanla bağlı cinayət işi açılıb. "Yenivaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, Sarkisyanın öldürülməsində onun hərbi xidmət yoldaşı olan kiçik serjant günahlandırılır. İstintaq araşdırmaları zamanı məlum olub ki, Sarkisyanla əsgər yoldaşı arasında olan mübahisə kiçik serjantın silaha əl atmasına və ona atəş açmasına gətirib çıxarıb. Nəticədə Sarkisyan başından ölümcül güllə yarası alıb. Bununla ələqədar hələlik adı açıqlanmayan kiçik serjant haqqında cinayət işi qaldırılıb və o həbs edilib. Qeyd edək ki, son aylarda Ermənistan ordusunda əsgərlərin bir-birlərini öldürməsi halları çoxalıb. Bu da erməni əsgərlər arasında nizam-intizamın olmaması, orduda mənəvi pozğunluğun artması kimi dəyərləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top