Suriyada “Əl-Qaidə”nin liderlərindən biri məhv edilib

Suriyada “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri Əbu əl-Xayr əl Məsri məhv edilib. Reuters agentliyinin verdiyi xəbərə görə, onun İdlib şəhəri yaxınlığında ABŞ-a məxsus pilotsuz uçuş aparatın zərbəsi nəticəsində öldürüldüyü bildirilir. Məlumata əsasən, 59 yaşlı terrorçu “Əl-Qaidə” terror təşkilatının lideri Ayman Az-Zavaxirinin müavini, Üsamə ben Ladenin kürəkəni olub. Onun Suriyada “Cəbhət ən Nusra" terror qruplaşmasına dəstək verdiyi, 1998-ci ildə Keniyada və Tanzaniyada ABŞ-ın diplomatik nümayəndəliklərinə hücumun təşkilatçısı olduğu qeyd olunur.Apa

DİGƏR XƏBƏRLƏR

Top