Suriya üzrə danışıqların beşinci raundu martın 20-də keçiriləcək

Cenevrədə Suriya üzrə danışıqların dördüncü raundu martın 3-də başa çatacaq, beşinci raund isə martın 20-da keçiriləcək. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, bu barədə Suriyanın BMT-dəki daimi nümayəndəliyindən bildiriblər. “BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura hazırkı raundu martın 3-də bitirməyi planlaşdırır. Növbəti görüşün keçirilməsi martın 20-ə planlaşdırılır. Dördüncü raundun son görüşləri martın 3-4-də başa çatacaq”, məlumatda qeyd olunur. Qeyd edək ki, Cenevrədə Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı danışıqlar davam edir.Apa

DİGƏR XƏBƏRLƏR

Top