Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldovanın Rusiyadakı səfiri Dmitriy Braqiş vəzifəsindən geri çağırılıb. “Rbc.ru”nun verdiyi məlumata görə, Baqişin geri çağırılması təşəbbüsünü Xarici işlər nazirinin müavini Daniela Morar Nazirlər Kabinetinin iclasında irəli sürüb. Bu qərarın hansı səbəbdən verildiyi haqda məlumat yoxdur. D. Braqiş xəbəri nə təsdiq, nə də təkzib edib: “Mən bu informasiyaya şərh verə bilmərəm”. Qeyd edək ki, Dmitriy Braqiş Moldovanın Moskvadakı səfiri postuna 2015-ci ilin oktyabrında təyin olunub. Buna qədər o, 1999-2001-ci illərdə baş nazir vəzifəsini icra edib.Qafqazinfo.az

DİGƏR XƏBƏRLƏR

Top