Prezident Putinə at hədiyyə etdi

Qırğızıstan prezidenti Almazbek Atambayev rusiyalı həmkarı Vladimir Putinə boz rəngli at hədiyyə edib. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bu hədiyyə Qırğızıstanda qonaqpərvərliyin tarixini ənənələrinə əsaslanır. At V. Putinə fevralın 28-də iki ölkə prezidentləri arasında danışıqlar başa çatdıqdan sonra hədiyyə olunub. V. Putin atı köklə yemləyib. Heyvana hələ ad qoyulmayıb, bunu V. Putinin özü edəcəyi gözlənilir. Onun atı Rusiyaya aparıb-aparmayacağı məchuldur.

DİGƏR XƏBƏRLƏR

Top